Loading...

Vaksin bizi qoruyur!

#Birbirimizəqayğıgöstərək

Tam olaraq 2 882 587 peyvənd edilib

Loading...
Rəsmi səhifələr

Tez-tez verilən suallar

Yaşı 60-dan yuxarı olan Gürcüstan vətəndaşı, 2021-ci ilin dekabrın 31 daxil olmaqla, koronavirusa qarşı vaksinasiyanın birinci dozasını keçsə, avtomatik olaraq, 200 larilik məbləğ alacaq.

Sosiyal Xidmət Agentliyi tərəfindən, qeyd olunan müddətdə vaksinasiya olunan şəxslərə məlumat bir ay ərzində iki dəfə (1-də və 15-də) veriləcək və məlumatı aldıqdan sonra 5 iş günü müddətində, vaksinasiya edilən vətəndaşlara məbləğ köçürüləcək.

Bir dəfəlik məbləğin köçürülməsi “Liberti” bankla qoyulan müqavilə çərçivəsində baş tutacaq və həmin bank hesabına köçürüləcək.

60-65 yaşına qədər olan, ancaq pensiya almayan vətəndaşlara gəlincə isə, Sosiyal Xidmət Agentliyi “Liberti” bankla olan müqavilə çərçivəsində, onlara yeni hesab açacaq.

Vaksinasiyanın ilk dozasını 2021-ci ilin dekabrın sonunda qəbul edən vətəndaşlar, bir dəfəlik məbləği 2022-ci ildə alacaqlar.

Gürcüstanda mövcud olan epidemioloji vəziyyətin analizi əsasında, Səhiyyə mütəxəssisləri və Səhiyyə Naziri arasında aparılan məsləhətləşmələr nəticəsində, hazırda qüvvədə olan bütün requlyasiyaların azaldılması ilə bağlı qərar verildi:

 

• 2022-ci ilin iyunun 20-dən etibarən, ictimai nəqliyyat vasitələrində tibbi maska taxmaq öhdəliyi aradan qaldırılır və ondan istifadə yalnız tibb müəssisələrində məcburidir.

• 2022-ci ilin iyunun 15-dən, Gürcüstana hərhansı marşrutla (hava, quru və dəniz yolu ilə) səyahət edən hərhansı bir ölkə vətəndaşı kovid-vaksin sənədini və yaxud PCR testinin mənfi cavabını təqdim etməkdən azad olunur.

 

Praktiki olaraq, bütün məhdudiyyətlər və requlyasiyalar (tibb müəssisələrində maska taxmaqdan başqa) ləğv olunur.

Qurumlararası Koordinasiya Şurası epidemioloji tendensiyaları müşahidə etməyə davam edir və növbəti qərarları da vəziyyətə müvafiq şəkildə qəbul edəcək.

Vaksinasiya özümüzü, ailəmizi və ictimaiyyəti COVİD-19-dan qorumaq üçün ən doğru seçimdir. Vaksinasiya infeksiyaya yoluxma, ağır xəstələnmə ehtimalını, ölüm rikslərini azaldır və pandemiyanın dayandırılması üçün ən effektiv vasitəsidir.

Vaksinasiya COVİD-19-u keçirdiyiniz halda da tövsiyyə edilir, çünki mövcud olan təsdiqlənmələrə görə, infeksiyanın keçirilməsindən sonra bərpa olunması gərəkən imun müdafiyə formalaşmaya bilər və infeksiya keçirən şəxs yenidən infeksiyaya yoluxma riski altında ola bilər.

Pandemiyanın dayandırılması üçün COVİD-19-a qarşı vaksinasiyaya paralel olaraq, mütləq prevensiya tədbirləri keçirilməlidir: maska taxılmalıdır, ən az bir metrlik məsafə və higiena qorunmalıdır.

COVID-19-a qarşı vaksinlər rekord dərəcədə tez zamanda yaradılan presedentsiz birgə əməkdaşlıq və böyük investisiyaların nəticəsidir və tamamən təhlükəsizlik standartlarına müvafiqdir.  

COVID-19-a qarşı vaksinlər ancaq klinik tədqiqatların əsaslı öyrənilməsi və analizindən sonra istifadəyə verilir.

Bəzi insanların müxtəlif allergenlərə qarşı allergik reaksiyaları ola bilər – məsələn, penisilinə, yer fındığına (araxisə), arı sancımasına və sairə., həmçinin, eyni şəkildə, allergik reaksiya COVİD-19-a qarşı vaksinlərə də ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsinə müvafiq olaraq, həkim pasientin anamnezini detallı şəkildə öyrənir və pasientin COVİD-19-a qarşı hərhansı vaksinə allergik reaksiyası ola biləcəyi riskini nəzərə alır. İmunizasiyanın provayderi olan klinikanın tibbi personalı gərəkən şəkildə hazırlanıb və pasientdə allergik reaksiyayı tez zamanda müəyyən edib, gərəkən təcili tədbirləri görəcək.

Ona görə də, vaksinasiyaya qədər pasient həkimə daha öncə nələrə allergik reaksiyası olduğunu detallı şəkildə bildirməlidir, xüsusi ilə də, daha öncəki allergik reaksiya zamanı, adrenalin/epinefrin kimi preparatların istifadəsi zamanı hospitalizasiya tələb olundusa.

Ağır allergik reaksiyalar (anafilaksiya) peyvənddən sonra, əksər hallarda sakit və problemsiz keçir və gərəkən səviyyədə hazırlıqlı olan tibbi personal allergik reaksiya proseslərini müvəffəqiyətlə idarə edə bilir.

Tibbi müəssisədən çıxdıqdan sonra özünüzü pis hiss etsəniz və allergik reaksiyanız olduğunu düşünsəniz, dərhal həkimə bildirin.

Pfayzer-Biontek vaksini (Pfizer-BionTech)

·       12-dən yuxarı yaş. 

·        Pasientin vaksinin hərhansı komponentinə, xüsusi ilə də Polietilenqlikola (PEG)  və bənzər molekullara qarşı ağır allergik reaksiya ehtimalı varsa;

·        Vaksinin ilk dozasından sonra anafilaksik reaksiya baş verdisə. Belə halda vaksinin ikinci dozası vurulmur.

·        Yüksək temperaturla keçən ağır xəstəlik zamanı (38,50C -dən artıq)  - vaksinasiya pasientin tamamilə sağlamlaşmasına qədər təxirə salınmalıdır.

·        COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 1 ay (30 gün); İstisna sadəcə olaraq, COVİD-19 infeksiyası zamanı Konvalessent Plazma (Convalescent plasma) ilə müalicə olunan şəxslərdir, hansılarda xəstəliyin ən kəskin periodunda multisistemli iltihab sindromu müşahidə olunurdu. (Minimal interval 120 gündür).

·        COVID-19  infeksiyasını keçirən şəxslərin monoklon anti-bədənlər və yaxud rekonvalenssent plazması ilə müalicə edildiyi zaman – belə halda, müalicə və vaksin nəticəsində yaranan imun müdafiyəsinin interferensiyasının baş verməməsi üçün, vaksinasiya  müalicənin başa çatmasından 90 gün müddəti ilə təxirə salınmalıdır.

·        Hərhansı bir digər peyvənd və COVİD-19-a qarşı vaksin ilə peyvənd arasında minimal interval 14 gün olmalıdır. İstisna ancaq quduz və tetanusa qarşı profilaktikadır, hansı ki, intervalsız keçirilir.

 

Astrazenekanın vektor vaksini (AstraZeneca)

 

·        45-ə qədər yaşı olanlara edilmir

·        Vaksinin aktiv komponentlərinə hiper-reaksiya olduğu zaman

·        Vaksinin ilk dozasına anafilaktik reaksiya verildiyi zaman, vaksinin ikinci dozası vurulmur

·        Heparinin səbəb olduğu trombositopeniya (HITT və ya HIT type 2)

·        Trombositopeniya fonunda geniş venoz və/ya arterial tromboz, hansı ki, COVİD-19-a qarşı hərhansı vaksin ilə imunizasiya zamanı baş verib, belə halda Astrazeneka vaksini ilə ikinci doza verilmir.

·        Yüksək temperaturla keçən ağır xəstəlik zamanı (38,50C -dən artıq)  - vaksinasiya pasientin sağlamlaşmasına qədər təxirə salınmalıdır.

·         COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 1 ay (30 gün); İstisna sadəcə olaraq, COVİD-19 infeksiyası zamanı Konvalessent Plazma (Convalescent plasma) ilə müalicə olunan şəxslərdir, hansılarda xəstəliyin ən kəskin periodunda multisistemli iltihab sindromu müşahidə olunurdu. (Minimal interval 120 gündür).

·        Hərhansı digər peyvənd və COVİD-19-a qarşı vaksin ilə peyvənd arasında minimal interval 14 gün olmalıdır. İstisna ancaq quduz və tetanusa qarşı profilaktikasıdır, hansı ki, intervalsız keçirilir.

Sinofarmın inaktiv vaksini (Sinopharm)

 

·        18-ə qədər yaşı olanlara edilmir

·        Vaksinin aktiv komponentlərinə allergik reaksiya.

·        Vaksinin ilk dozasından sonra anafilaktik reaksiyanın yaranması zamanı. Belə hallarda, qeyd olunan vaksin ilə ikincə doza peyvəndi edilmir. Həmçinin, ilk dozadan sonra sinir sistemi tərəfindən xoşa gəlməz reaksiya baş verdiyi zaman, vaksinin ikinci dozası vurulmur.

·        Daha öncə vurulan hərhansı vaksinə allergik reaksiyanın olduğu halda (ağır allergik reaksiya, angio-nevroz şişkinliyi, nəfəs alma çətinliyi və sairə).

·        Kontrol edilə bilməyən epilepsiya və digər proqressiv nevroloji xəstəliklər və anamnezdə (pasientin tarixində) Gien-Barre sindromu olduğu halda.

·        Ciddi xronik xəstəliklərin terminal mərhələsi və yaxud hər an həyati təhlükə yarada biləcək bəzi xronik xəstəliklərin olduğu halda.

·        Hamiləlik müddətində.

·        Döşlə qidalandırma zamanı.

·        Yüksək temperaturla keçən ağır xəstəlik zamanı (38,50C -dən artıq)  - vaksinasiya pasientin sağlamlaşmasına qədər təxirə salınmalıdır.

·        COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 1 ay (30 gün); İstisna sadəcə olaraq, COVİD-19 infeksiyası zamanı Konvalessent Plazma (Convalescent plasma) ilə müalicə olunan şəxslərdir, hansılarda xəstəliyin ən kəskin periodunda multisistemli iltihab sindromu müşahidə olunurdu. (Minimal interval 120 gündür).

·        İmunoqlobulin qəbul etdikdən sonra COVİD-19-a qarşı vaksinasiya 1 aylıq interval ilə həyata keçirilir.

·        Hərhansı digər peyvənd və COVİD-19-a qarşı vaksin ilə peyvənd arasında minimal interval 14 gün olmalıdır. İstisna ancaq quduz və tetanusa qarşı profilaktikasıdır, hansı ki, intervalsız keçirilir. 

 

Sinovakın inaktiv vaksini (Sinovac)

 

·        18-ə qədər yaşı olanlara edilmir

·        Vaksinin aktiv komponentlərinə allergik reaksiya.

·        Vaksinin ilk dozasından sonra anafilaktik reaksiyanın yaranması zamanı vaksinin ikinci dozası vurulmur.

·        Hamiləlik

·        Döşlə qidalandırma

·        Yüksək temperaturla keçən ağır xəstəlik zamanı (38,50C -dən artıq),   - vaksinasiya pasientin sağlamlaşmasına qədər təxirə salınmalıdır. Həmçini, xronik xəstəliyin ağırlaşdığı zaman;

·        COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 1 ay (30 gün); İstisna sadəcə olaraq, COVİD-19 infeksiyası zamanı Konvalessent Plazma (Convalescent plasma) ilə müalicə olunan şəxslərdir, hansılarda xəstəliyin ən kəskin periodunda multisistemli iltihab sindromu müşahidə olunurdu. (Minimal interval 120 gündür).

·        İmunoqlobulin qəbul etdikdən sonra COVİD-19-a qarşı vaksinasiya 1 aylıq interval ilə həyata keçirilir.

·        Hərhansı digər peyvənd və COVİD-19-a qarşı vaksin ilə peyvənd arasında minimal interval 14 gün olmalıdır. İstisna ancaq quduz və tetanusa qarşı profilaktikadır, hansı ki, intervalsız keçirilir. 

COVID-19-a qarşı vaksinin əsas məqsədi virusun səbəb olduğu xəstəliyin təsirini azaldmaq, hospitalizasiya və ölüm hallarını azaldmaqdır və gərəkən nəticələr son təsdiqlənmələrlə sübut olunur.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya edilən və Gürcüstanda istifadə edilən vaksinlər -  Pfaizer-Biontek, Oksford Astrazeneka, Sinofarm və Sinovak, adətən 100%-lə insanı xəstəliyin ağır formasından, hospitalizasiyadan və ölümdən qoruyur. Xəstəliyin simptom forması ilə özünü biruzə verməsinin prevensiyasına gəlincə isə, bu hər bir vaksin üçün individualdır, III fazalıq tədqiqatlara əsaslanır və hər bir vaksinin annotasiyasında bildirilir. Müxtəlif vaksinlərin effektivliyinin göstəricisi klinik tədqiqatların və vaksinasiyanın tətbiq olunması göstəricilərinə əsasən, 50% - 95% -ə qədər dəyişir. 

Həmçinin, COVİD-19-a qarşı vaksinlərin insanı sadəcə infeksiyaya yoluxmaqdan, xəstəliyin ağır formasının inkişafından, hospitalizasiyadan və ölümdən qorumaqla qalmadığı və eyni zamanda, virusun digər insanlara ötürülməsi şansını da azalddığı ilə bağlı təsdiqlənmələr dünya miqyasında, gündən-günə daha da güclənir.

Necə COVID-19, eləcədə COVID-19-a qarşı vaksin yenidir, Ona görə də, səhiyyə mütəxəssisləri bu mərhələdə, infeksiya keçirdikdən və vaksinasiyadan sonra insanın nə qədər müddətdə qorunduğunu dəqiq bilmirlər. Digər tərəfdən isə, yaxşı bilinir ki, COVID-19 dünyada bir çox çətinliyə və ölümə səbəb oldu.

Vaksinasiya isə ən təhlükəsiz seçimdir!

Vaksinasiyanın müəyyən yan təsirləri var, bu normaldır və onu göstərir ki, bədəniniz imunitet yaratmağa çalışır.

COVID-19-a qarşı vaksinin ilk və ya ikinci dozasından sonra yan təsirləri: lokal reaksiyalar (ağrılar, şişmə, peyvənd yerinin qızarması), yorqunluq, zəyiflik, baş ağrısı, əzələlərin ağrısı, üşümək, qızdırma, ürək bulanma, limfa düyünlərinin şişməsi (limfadenopatiya) özünü göstərə bilər.

COVID-19-a qarşı vaksin, hərhansı digər peyvənd və medikament kimi, müəyyən yan təsirlərə səbəb ola bilər. Ancaq, bu yan təsirlər ümumiyyətlə, yüngül və müvəqqəti hal daşıyır və əksər hallarda, vaksinasiyadan üç gün sonra özünü biruzə verir. Əgər bu simptomlar gərəkdiyindən uzun müddət davam edirsə və özünüzü pis hiss edirsinizsə, dərhal ailə həkiminə bildirin və yaxud 1522-yə zəng vurun.

Əlavə məlumat üçün veb-səhifəmizə daxil olun: ncdc.ge

COVID-19 infeksiyasını keçirib-keçirməməsinə baxmayaraq, vaksinasiyadan keçmək hərkəs üçün tövsiyyə olunur, çünki bu mərhələdə, mütəxəssislər xəstəliyin keçməsindən sonra, təbii imunitetin nə qədər müddətdə qorunduğunu hələlik dəqiq bilmirlər.

Klinik tədqiqatların nəticələri onu göstərir ki, hazırda avtorizasiyadan keçən COVİD-19-a qarşı vaksinaların istifadəsi COVİD-19-u keçirən şəxslər üçün təhlükəsizdir. Vaksinasiya xəstəliyin simpomlu və yaxud simptomsuz keçdiyindən asılı olmayaraq, hərkəsə təklif olunur. Vaksinasiyanın keçirilməsi zərurəti haqqında qərarın verilməsi üçün, keçirilən infeksiyanın müəyyən edilməsi məqsədi ilə, virusun diaqnostika testi və yaxud seroloji müayinə keçirmək lazım deyil.

İctimaiyyətdə xəstəliyin yayılmasının prevensiyası məqsədi ilə, COVİD-19-un təsdiqləndiyi pasient üçün tövsiyyə olunur ki, vaksinasiya pasientin ağır xəstəlikdən (ağır simptomlar olduğu halda) sağalmasına və təcrid meyarlarının qane edilməsinə qədər təxirə salınsın. Bu tövsiyyələr vaksinanın ilk dozasını qəbul edənə qədər və yaxud birinci və ikinci doza arasındaki müddət ərzində infeksiyaya yoluxan pasientlərə aiddir.

İnfeksiya və vaksinasiya arasında tövsiyyə edilən intervalın minimal olmamasına baxmayaraq, hazırki tədqiqatlar göstərir ki, COVID-19-un keçirilməsindən bir neçə ay ərzində, reinfeksiya riski çox azdır. Ancaq daha sonra, imunitetin azalmasına görə, risk arta bilər. Gürcüstanda bu gecikmə müddəti, test nəticəsində, infeksiyası təsdiqlənən şəxslər üçün 30 gün ilə müəyyənləşdirildi.

Bu mərhələdə hamilələr və uşaqlar üçün vaksinasiyanın təhlükəsiz və effektiv olması ilə bağlı kifayət qədər dəlillər mövcud deyil.

ÜST tövsiyyə edir ki, COVİD-19-a qarşı vaksinin hamiləlik zamanı istifadəsinə izin verilməsin, istisna sadəcə elə hallardır, əgər hamilə üçün vaksinin effektivliyi onun yan təsirlərindən və potensiyal risklərindən güclüdürsə; məsələn, COVİD-19 ekpozisiyasının yüksək riski altında olan tibb işçiləri və yan xəstəlikləri olan hamilə qadınlar, hansılar ağır keçən COVİD-19 xəstəliyinin yüksək risk qruplarına daxildirlər. Hamilələrə mütləq təhlükəsizlik və effektivlik göstəricilərinin az olması ilə bağlı məlumat verilməlidir və (əgər mümkündürsə), onlarla konsultasiya keçirilməlidir.

Ümumiyyətlə, mövcud olan göstəricilər və beynəlxalq praktikaya əsasən, vaksinasiya üçün əvvəlcədən medikamentoz hazırlığı (misal üçün, əvvəlcədən anti-histamin və ya hərhansı digər preparatların qəbulu) və yaxud, xüsusi müəyinələr lazım deyil. Ancaq, müəyyən individual hallarda, məsləhətləşmə nəticəsində, bu haqda qərarı həkim verir.